Aparıcı Səhiyyə Nazirliyinin fəaliyyətindən şikayətləndi: “Haqqınızı tələb edin”


Bu yaxınlarda koronavirusdan sağalan aparıcı Tural Əsədov Səhiyyə Nazirliyinin fəaliyyətindən şikayətlənib.
Yeniavaz.com
xəbər verir ki, o, aparıcısı olduğu “Səhər Mərkəzi”nin efirində xəstəlik müddətindən və həmin dövr ərzində yaşadığı problemlərdən danışıb: “Covid-19 infeksiyasına yoluxmuşdum. Birinci gün hiss edim ki, artıq narahatlıq var, dərhal təcili yardıma zəng etdim. Onlar da məni yönləndirdilər sahə həkiminə və TƏBİB-dən bəzi məqamları dəqiqləşdirəndən sonra evə gəlib test götürdülər. Testin cavabı pozitiv çıxdı və evdə müalicə aldım. İy və dad bilmə hissim getmədi, 5-6 gün hərarətim oldu və 39,5-ə qədər yüksəlirdi. Antibiotik qəbul etmədim, ancaq vitaminlər içdim.  
Təsadüfən öyrəndim ki, Səhiyyə Nazirliyi evdə müalicə alan bütün koronaviruslu xəstələrə xüsusi dərman dəsti göndərməlidir. Amma sahə həkimi bunu mənə demədi. Siz də tələb edin. Dərmanlar barədə araşdırın. Dünən zəng vurub soruşdum ki, dərmanlarım hardadır? Mənə dedi ki, dərman dəsti imtiyazlı ailələr üçündür. Maraqlıdır, həkim telefondan mənim imtiyazlı olub, olmadığımı necə başa düşdü? Xəstəsizsə, həkiminizdən dərmanları tələb edin. Həmin dərmanların qiyməti 60-90 manatdır. Hüquqlarınızı tələb edin!”.

DİGƏR XƏBƏRLƏR

Top