Qorbaçovun köməkçisi SSRİ-nin dağılmasında Ukraynanın rolundan danışdı


SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun köməkçisi çalışmış Viktor Mironenko illər əvvəl SSRİ-nin dağılmasında Ukraynanın rolundan danışıb.
Yeniavaz.com
xəbər verir ki, Viktor Mironenko “lenta.ru”ya müsahibəsində Ukraynanın SSRİ-nin dağılmasında əsas rol oynadığını deyib: “SSRİ rəhbərliyi yeni ittifaq müqaviləsi hazırlamışdı. Ancaq, Ukrayna lideri Leonid Kravçuk onu imzlamaqdan imtina etdi. Zaqafqaziyanı geri qaytarmaq onsuz da mümkün deyildi, ancaq, ittifaqın əsası qalacaqdı. Ukraynanın müqaviləni imzalamaması yeni ittifaqın Ukraynasız mümkün olmadığı fikrinə gətirib çıxardı və SSRİ dağıldı”. 
Qorbaçovun köməkçisi həmçinin bildirib ki, Leonid Kravçuk sənədi imzalasaydı hər şey fərqli istiqamətdə cərəyan edə bilərdi.

DİGƏR XƏBƏRLƏR

Top