Putin Zelenskinin Donbasda görüş təklifinə cavab verdi


Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin görüş təklifinə cavab verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb. Putin cavabında Zelenskini Moskvada uyğun bir vaxtda qəbul etməyə hazır olduğunu bildirib: “Münasibətlərimizi məhv etməyə yönəlmiş bir çox addım var idi. Prezident Zelenski bu münasibətləri bərpa etməyə başlamaq istəsə, biz bunu yalnız alqışlayacağıq”.
Xatırladaq ki, bir neçə gün əvvəl Zelenski Rusiya prezidentinə müraciət edərək Donbasda görüş təklif etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top