Daha bir koronavirus peyvəndinin ölümə səbəb olduğu iddia edilir


ABŞ-da istehsal edilən “Johnson & Johnson” peyvəndi vurulandan sonra daha bir nəfər dünyasını dəyişdi.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, ABŞ-da “Johnson & Johnson” peyvəndi vurulan 50 yaşlı bir qadın ölüb. ABŞ-ın Federal Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bununla bağlı araşdırma başladıldığını bildirib. 
Xatırladaq ki, ABŞ-da “Johnson & Johnson” vaksininin qanda laxtalanmaya səbəb olduğu iddia edilir. Artıq bir müddətdir ki, bununla bağlı araşdırlamalar aparılır. Peyvəndin istifadəsinin dayandırılıb-dayandırılmayacağı hələlik bilinmir. 
Qeyd edək ki, İngiltərə-İsveç ortaq istehsalı olan “Astra Zeneca” peyvəndinin də qanda laxtalanmaya səbəb olduğu bildirilib. Bu hal Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top