Nazir müşaviri Hüseynbala Mirələmovu müdafiə edən statusunu silib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri, sabiq millət vəkili, yazıçı Hüseynbala Mirələmovla bağlı yayılan qalmaqallı video cəmiyyətin böyük narazılığına və geniş müzakirəsinə səbəb olub.

Təhsil Nazirinin müşaviri Elnur Nəsibov da “Facebook” hesabında hadisəyə münasibət bildirmişdi. O, böyük ehtimalla yazıçı H.Mirələmovu nəzərdə tutaraq yazmışdı ki, “Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa..”.

Təhsil Nazirinin müşaviri ictimai qınaqdan çəkinərək geri addım atıb və “Facebook”da yazdığı statusu silib.

DİGƏR XƏBƏRLƏR

Top