Rusiyanın Ukrayna sərhədindən ordunu geri çəkməsinə Zelenskidən ilk reaksiya


Bu gün Rusiya hökumətinin Ukrayna sərhədindən ordunu geri çəkməsi barədə qərarına Ukrayna prezidenti Vladimir Zelenski münasibət bildirib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Zelenski Donbasda gərginliyi azaldacaq istənilən addımları alqışladıqlarını bildirib:
“Ukrayna sərhəd bölgəsində hərbi mövcudluğu azaldan və Donbassdakı vəziyyətin de-eskalasiya ilə bağlı atılan istənilən addımı alqışlayır. Ukrayna sülh istəyir. Dəstəyə görə beynəlxalq tərəfdaşlara təşəkkürümüzü bildiririk”.  

 

DİGƏR XƏBƏRLƏR

Top