Oruc tutarkən daha az susamaq üçün nə etmək lazımdır? - TÖVSİYƏLƏR


Ramazan ayı hər il bərəkət ilə süfrələrimizin qonağı olur. Milyonlarla insan oruc tutmağa vərdiş etsə də, əksəriyyətinin tez-tez susuzlaması problem olur. Oruc tutarkən susuz qalmamaq və ramazan ayında daha az susamaq üçün nə etmək lazımdır?
Yeniavaz.com
xəbər verir ki, ramazan ayında istehlak edilən qidalar oruc tumağı daha da asanlaşdırır. 
İftardan dərhal sonra çay və qəhvə istehlak etməyin
Ramazan ayında iftar etdikdən dərhal sonra çay və ya qəhvə istehlak etməməyə diqqət yetirin. Yeməkdən 1 saat sonra çay və qəhvə içməyə çalışın. Kofeinlə zəngin bu kimi içkilər bədənin su balansını pozduğu üçün ehtiyatla istehlak edilməlidir.
Qarpız, yemiş və şaftalı kompotu istehlak edin
Təbii ki, içməli suyun yerini heç nə vermir, amma imsak və iftarda su içməklə yanaşı bol miqdarda qarpız, yemiş və şaftalı kompotu istehlak etmək faydalıdır. Tərkibində bol miqdarda su olan bu meyvələr, suyu dərhal sərbəst buraxmadığından, daha uzun müddət susuzluğun qarşısını ala bilir. Bundan başqa minerallı sualar da susuzluğun qarşısını alır. 
Pomidor və xiyar
Ən yaxşı su mənbəyi meyvə və tərəvəzlərdir. Maqnezium, kalium və liflə zəngin olan pomidor və xiyar kimi tərəvəzlərin əksəriyyətinin tərkibi 95 faiz sudan ibarətdir.  Belə tərəvəzlər, qarpız və yemiş kimi susuzluğu yatırmaqda da çox təsirlidir.
Xurma
Ramazan ayında süfrələrdən əskik olmamalı, dediyimiz qidalardan biri də xurmadır. Bu meyvə vitamin və minerallarla zəngin olduğundan susuzluğu aradan qaldırmaqda köməkçi olur.
Ayran, kefir və qatıq
Bədənimizin itirdiyi su və duzu bərpa etmək üçün iftarda və ya iftardan sonra duzlu ayran içmək faydalı ola bilər. Ayranı imsakda içmək istəsəniz, onun duzsuz olmasına diqqət yetirin. Bundan başqa kefir də bədnin su tarazlığını qoruya bilir.
Yağlı və souslu qidalar yeməyin
Qızardılmış və ya yağlı qida qrupları yerinə daha asan həzm olunan pendir, çörək və ya yulaf kimi qidaları istehlak etmək susuzluğun qarşısını alır.
 

DİGƏR XƏBƏRLƏR

Top