Rusiya Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkir


Rusiya müdafiə Naziri Sergey Şoyqu Cənubi və Qərb hərbi dairələrinin qoşunlarında aparılan yoxlanışların tamamlandığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Şoyqu bildirib ki, ani yoxlanışın məqsədləri tam şəkildə yerinə yetirilib:
“Qoşunlar ölkənin etibarlı müdafiəsini təmin etmək qabiliyyətini nümayiş etdirdi. Bununla əlaqədar olaraq Cənubi və Qərbi hərbi bölgələrdə yoxlama fəaliyyətlərini tamamlamaq qərarını verdim”.
Qeyd edək ki, Sergey Şoyqu bu gün Krıma səfər etmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top