Rusiya baş nazirinin müavini Yuri Borisov Türkiyənin Ukraynaya pilotsuz uçan aparatların satışı ilə jurnalistlərin verdiyi sualları cavablandırıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, rusiyalı jurnalistlər keçirilən mətbuat konfransında Yuri Borisova Ukraynaya pilotsuz təyyarələr tədarük edəcəyi təqdirdə Rusiyanın Türkiyə ilə hərbi-texniki əməkdaşlığı dayandırıb-dayandırmayacağı barədə sual ünvanlayıb. Rusiya baş nazirinin müavini isə “baş tutan proseslərə konkret nəzər yetirəcəyik” deyə cavab verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukraynaya PUA satışı ilə bağlı rusiyalı rəsmilərin tənqidlərinə Türkiyə tərəfindən cavab verilmişdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, “Rusiya da PUA almaq istəyərsə, onlara da satarıq. Oturub danışaraq şərtlərdə razılığa gələ bilərik. Biz digər ölkələr kimi qabaqlayıcı şərt qoymuruq. PUA-lar Rusiya və ya başqa ölkələrə qarşı hazırlanmayıb. Kim PUA almaq istəyərsə, sata bilərik” - deyə bildirmişdi.