Hulusi Akar Ermənistana çağırış etdi


Türkiyənin milli müdafiə naziri Hulusi Akar qondarma erməni “soyqırımı” ilə bağlı çağırış edib.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, ABŞ-ın “RealClearDefense” jurnalı Hulusi Akarın 1915-ci il hadisələri barədə məqaləsini dərc edib. Türkiyənin milli müdafiə naziri həmin yazıda bildirib ki, tarixi faktlar və həqiqətə əsaslanmaq istəyənlər ABŞ-ın Vaşinqtondakı Milli Arxivlər və Qeydlər Agentliyində (NARA) general Harbordun məruzəsinə baxa bilərlər. Hadisələrlə bağlı hesabatın surətləri o vaxt Ağ Evə və Senata göndərilib:
“Prezident Rəcəb Tayyib Ərdoğan 2005-ci ildə (2005-ci ildə baş nazir) Ermənistan prezidentinə məktub göndərərək tarixçi-alimlərdən ibarət birgə komissiyanın qurulmasını təklif edib. Həmin komissiya Türkiyə, Ermənistan və üçüncü ölkələrin arxivlərində araşdırmalar aparmalı və nəticələri beynəlxalq ictimaiyyətə təqdim etməli idi. Məsələni akademik şəkildə araşdırmış biri olaraq bu təklifin hələ də qüvvədə olduğunu söyləməkdən məmnunam”.
Nazir həmçinin vurğulayıb ki, Türkiyə Ermənistana etdiyi təklifə hələ də cavab ala bilməyib və onlar öz arxivlərini açmayıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top