Düşmənin 100-dən artıq canlı qüvvəsini məhv edən XTQ-nin giziri şəhid Vüqar Ələkbərov


Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələnlərdən biri də Ələkbərov Vüqar Telman oğludur. O, 16 noyabr 1994-cü ildə Ucar rayonun Qazyan kəndində anadan olmuş və 2001-ci ildə Qazyan kənd 2 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul olmuşdur. Elə həmin məktəbi bitirərək, Göyçay rayon Dövlət İdarəetmə və Texnologiya kollecinin avtomabilin təmiri və servisi fakultəsinə  daxil olmuşdur. Daha sonra 2014-cü ilin iyul ayında Vüqar hərbi xidmətə çağırılır. Xidmətini Azərbaycan Respubilkasinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən N-saylı hərbi hissəsində  başlayır və bir il sonra baş əsgər hərbi rütbəsi alır. Vüqarın vətən sevgisi o qədər yüksək idi ki, 2016-cı il yanvar ayının 1-də ehtiyata buraxılmalı olduğu halda, düşmən tapdağında olan doğma torpaqlarımızı azad etmək üçün hərbi xidmətini davam etdirməyi qərara alır.

O, 2017-ci ilin yanvarında DQ-ın Xüsusi Təyinatlı Qüvvələrində xidmətini davam etdirir və fevral ayında Gəncə Şəhərində yerləşən N-saylı hərbi hissəsinə göndərilərək, atəş təminatı qrupunda iriçapli pulemyot yarimqrupunun komandiri vəzifəsində xidmətə başlayır. Həmin il XTQ-nin kiçik gizir rütbəsinə layiq görülür. 2017-ci ildə DİN -nin DQ-nın baş idarəsinin keçirdiyi əlbəyaxa döyüşlərdə məharətlə üçüncü yer qazanır və 2018-ci ildə gizir hərbi rütbəsi alır. 2019-cu ildən XTQ-nin yarımqrup komandiri olaraq zirehli maşının rəhbəri təyin olunur. 2020-ci ilə kimi müxtəlif hərbi təlimlərdə iştirak edib və xidməti müddətində öz xüsusi bacarıq və nümunəvi xidmətinə görə komandirləri tərəfindən bir neçə dəfə valideynlərinə təşəkkürnamə göndərilib. Şəxsi bacarıq və nümunəvi xidmətə görə Vüqar XTQ-nin kəşfiyat bölməsinin “Yaşma” dəstəsinə göndərilir.

Vüqarın Vətən müharibəsində keçdiyi döyüş yolu barədə Yeniavaz.com-a danışan anası Ələkbərova Şaina oğlunun döyüş yoldaşları ilə birlikdə 100-dən çox düşmənin canlı qüvvəsini məhv etdiyini bildirib: “Vüqar 27 sentyabr Vətən müharibəsi başlandığı gündən torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşdə komandir kimi üzərinə düşən vəzifələri tam yerinə yetirib. Kəşfiyyat  bölüyü olduğundan heç zaman sirr verməz, telefonla çox danışmazdı, danışanda da deyirdi ki, uğurlarımızı televizordan yəqin ki, görürsünüz. Hər şey yaxşıdır, irəli gedirik. Ən son oktyabr ayının 12-də, şəhid olmamışdan öncə danışmışdıq. Həmin gün nişanlısı ilə də danışmışdı. Döyüş yoldaşına demişdi ki, bizlə danışandan sonra içi çox rahatlayıb. Vüqar bir çox yerlərin düşməndən azad edilməsində iştirak edib.

Murovdağın Ömər aşırımının, Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin,Xocavənd rayonunun 8 kəndinin,Füzuli rayonunu və onun bir neçə kəndinin işğaldan azad olunmasında iştirak etmişdir. Döyüş yoldaşlarıyla birlikdə 10-dan artıq düşmənin müdafiyə postunu ələ keçirmiş, artireliya heyətini və 100-dən artıq canlı qüvvəsini məhv etmişlər. Döyüşdə Vüqar ilə çiyin -çiyinə döyüşən yoldaşları onun daima irəli getmək,torpaqlarımızı düşməndən təmizləmək istəyini və bunun üçün heç bir çətinliyə baxmadan rəşadətlə vuruşduğunu deyiblər”.
Vüqar Ələkbərov 12.10.2020 -ci il tarixində Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalmışdır. O, Ucar rayonunun Qazyan kəndində son mənzilə yola salınıb. Vüqarın Vətənə olan sevgisi və müharibə zamanı göstərdiyi şücayətə görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Dövlət başçısının sərancami ilə gizir Ələkbərov Vüqar Telman oğlu ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılınn azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top