Şoyqu qəfil Krıma uçdu


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənubi Hərbi Dairə və Hava-desant Qoşunlarının döyüş hazırlığının qəfil yoxlanılması ilə bağlı Krıma səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb. Xəbərdə bildirilir ki, Şoyqu Krıma səfəri zamanı Hərbi hava Qüvələri və Quru Qoşunlarının yerləşdiyi ərazilərə baxış keçirib.
Qeyd edək ki, bir neçə aydır Rusiya və Ukrayna arasında gərginlik artaraq davam edir. Hər iki ölkə sərhədə çox sayda silah-sursat və hərbi texnika yerləşdirib. Hətta, Rusiyanın sərhəddə yerləşən Morozovsk hava bazasına 15 ədəd qırıcı təyyarə göndərdiyi də məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top