Türkiyədə sabahdan komendant saatı tətbiq ediləcək


Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə komendant saatı tətbiq ediləcək.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, komendant saatı 22 aprel saat 19:00-dan etibarən qüvvəyə minəcək və 26 aprel 05:00-a qədər davam edəcək. Komendant saatı müddətində Türkiyə sakinləri və yaşayış icazəsi olan şəxslər yalnız, saat 10:00-dan 17:00-a qədər ən yaxın ərzaq mağazalara və apteklərə getmək üçün çölə çıxa biləcəklər.
Qeyd edək ki, Türkiyədə bu günə qədər 4 milyon 446 min 591 nəfər koronavirusa yoluxub, 36 min 975 nəfər isə həmin xəstəlikdən vəfat edib. 

DİGƏR XƏBƏRLƏR

Top