
Rus müxalif Aleksey Navalnının tərəfdarları Vladimir Putinin Federal Məclisə müraciəti günü müxalifətçiyə dəstək mitinqləri həyata keçirib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, mitinqlər paytaxt Moskvada və Sankt-Peterburqda baş tutub. Aksiyalarda iştirak edən 1600-dən çox insan saxlanılıb.
Qeyd edək ki, Navalnının vəziyyəti ağırdır. Hazırda o, Vladimir vilayətində yerləşən həbsxana xəstəxanasındadır. Rus müxalifin öz həkimlərinin onu görməsinə icazə verilmir.