Çexiyada saxlanılanların Ukraynada döyüşə hazırlaşdıqları iddia olundu


Çexiyada Şərqi Ukraynada terror fəaliyyəti həyata keçirmək iddiası ilə 5 nəfər saxlanılıb.
Yeniavaz.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Çexiya baş prokurorluğunun rəsmisi Martin Bili məlumat verib. Sözügedən şəxslərin Ukraynadakı separatçılarla birgə döyüşmək üçün oraya getmək istədikləri vurğulanıb.
Saxlanılan 5 nəfərin Şərqi Ukraynaya getmək istəyən digər şəxslər üçün də təşkilatçılıq etmələri ilə bağlı iddia səsləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top