Koronavirus xəstələrindən pul aldığı üçün saxlanılan baş həkim kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, koronavirus xəstələrini rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsinə görə onların yaxınlarından rüşvət alan “Yeni klinika”nın direktoru Pərviz Akif oğlu Abbasov Baş Prokurorluq tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, Baş Prokurorlu tərəfindən saxlanılan Pərviz Akif oğlu Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olub.  Orta təhsilini 1987-1997- ci illərdə alıb. 1997-ci il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə daxil olub və 2003-ci ildə oranı bitirib.
Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində Aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində davam etdirib. 2008-ci ildə tibb üzrə fəsəfə doktoru olub. 2016 –cı ildəisə tibb üzrə elmlər doktoru olub. 2014cü ildə “Elmi fəaliyyətinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif olunub.
2003-2019-cu illərdə, ATU- nun II Cərrahi xəstəliklər kafedrasında, 5 N- li Baki Şəhər Xəstəxanası I Cərrahiyyə şöbəsində, 2014- 2017-ci illərdə, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Cərrahiyyə şöbəsində, 2012-2014-cü illərdə, Türkiyə Cümhuriyyəti, İnönü Universiteti, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrası, Gastroenteroloji, Bariatrik və Metabolik Cərrahiyyə Bölməsində, 2017- 2018-ci illərdə “Caspian İnternational Hospital”da baş həkim kimi çalışıb.
2020-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, şəxslərə göstərilən Tibbi Xidmətin Təkmilləşdirilməsi və ölüm Hallarının təhlili komissiyasının sədri olub. 2020-ci ildən “Yeni Klinika”nın direktoru vəzifəsində çalışır.

DİGƏR XƏBƏRLƏR

Top