Polis Mehri merini saxladı - Paşinyana etirazlara görə


Mehrinin bələdiyyə sədri Mxitar Zakaryan polis bölməsinə aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bələdiyyə sədrinin vəkili Qayane Papoyan özünün “facebook” səhifəsində məlumat verib. O bildirib ki, M. Zakaryan İrəvana aparılıb:
“Mehri polis bölməsinə aparırıq dedilər, gəldik. Daha sonra Qafana aparıldığını dedilər. Yolda isə bildirdilər ki, polislərin müşayiəti ilə İrəvana aparılır”.
Qeyd edək ki, ötən gün Ermənistan Baş nazir Nikol Paşinyanın Syünik vilayətinə səfəri, sözügedən bölgədə etirazlarla qarşılanıb. Belə ki, Paşinyanın avtomobil karvanının Mehriyə daxil olmasından sonra etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları yolu kəsib Paşinyana hücum etməyə cəhd göstəriblər.

DİGƏR XƏBƏRLƏR

Top