Ərdoğan Azərbaycanla imzalanan sazişi təsdiqlədi - RƏSMİ


Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında energetika və mədənçilik sahələrində imzalanan sazişi təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Türkiyə hökumətinin rəsmi mətbuat orqanında məlumat dərc edilib.
Məlumatda deyilir:
“25 fevral 2020-ci ildə Bakıda imzalanmış və 7269 saylı qanunla təsdiqi uyğun görülən əlavəli “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiqlənməsinə, 9 saylı Prezident Fərmanının 2-ci və 3-cü maddələri əsasında qərar verilib”.
Xatırladaq ki, 2020-ci ilin fevralın 25-də Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top