Nazir koronavirusa yoluxan baş direktoru işdən çıxardı


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev vəzifəsindən azad edilib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, S.Paşayev bu həftədən vəzifəsinin icrasını dayandırıb. Hələlik onun yerinə təyinat yoxdur.

Xatırladaq ki, S.Paşayev bir müddət öncə koronavirusa yoluxub və hazırda müalicəsini evdə davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top