Fərhad Əhmədovun keçmiş həyat yoldaşı öz oğlunu məhkəməyə verib və külli miqdarda pul qazanıb

London Ali Məhkəməsi əslən azərbaycanlı olan iş adamı Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədovanın öz doğma oğlu Teymura qarşı qaldırdığı 70 milyon funt-sterlinq dəyərindəki məhkəmə iddiasını təmin edib.

Prosesi aparan hakim Qvinet Nouls bildirib ki, milyarderin keçmiş xanımı “bir sıra gizli sövdələşmələrin qurbanı olub”.

Qeyd edək ki, Fərhad Əhmədovun boşanma prosesi 2013-cü ildə başlayıb. 2016-cı ildə məhkəmə Tatyananın həyat yoldaşına qarşı qaldırdığı 453 milyon funt-sterlinq dəyərindəki iddianı təmin edib. Lakin milyarder qərarı icra etməkdən imtina edib. Oğlu Teymuru da atası ilə əlbir olmaqda günahlandıran qadın bu dəfə də 28 yaşlı gənci məhkəməyə verib.

Teymur anasının bu hərəkətini “hüquqi soyğunçuluq” adlandırıb.//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top