İnsanı boğaza yığan köpün səbəbləri - Qarnımızda nə baş verir?


Qarında meteorizm – yəni həddən artıq köp əmələ gəlməsidir. Bu bəzilərinin düşündüyü kimi qarına qaz yığılması deyil.

Sağlam və düzgün qidalanan insanın qarnında şişkinlik, köp və ağırlıq olmamalıdır.
Azərbaycanda 90% insanların əziyyət çəkdiyi bu halı yaradan səbəblər:

1. Siz şirin qidaları düzgün yemirsiz
Məsələn, günorta, axşam yeməyindən, xüsusən ət xörəyindən sonra meyvə, şirin su, qəhvə, şirniyyat yeyirsiz.
Bu yanlış fikirdir ki, bu qidalar yeməkdən sonra yeyilməlidir.
Mədəyə yağ, zülal qidaları düşdükdə, o bu tərkinə uyğun çalışır. Yenidən onu şirniyyatla yükləmək bağırsaqlara gedən qidanı yaxşı həzm etmir, qıcqırma, çürümə prosesi güclənir.
Yeməkdən sonra yediyiniz meyvə, şirniyyat daha tez 40 dəqiqəyə həll olub mədədən çıxır, amma öncə yediyiniz ət yeməkləri hələ də mədədə qalır. Bu bağırsaqlarda partlayışa səbəb olur, köp yaranır. Desertləri ayrıca vatxda, ara yeməkləri kimi yeyin.

2. Paxlalıları bişirməzdən öncə islatmırsız
Noxud, lobya, mərci və s. paxlalıları çox istifadə edirsizsə, onla bişirməzdən öncə islatmırsız. Köpü olan insanlar ümumiyyətlə bu qidalardan uzaq durmalıdır. Hər mədə və mədəaltı vəz paxlanı həll edəcək fermentə malik deyil. Orqanizmi buna alışdırmaq lazımdır. Bunun üçünsə bütün paxlalıları suda isladıb, qazını çıxarıb, bişirin. Yaxşı olar ki, gecədən islağa qoyasız.

3. Yeməyi asta və çox çeynəmirsiz
Tez-tez, ayaqüstü, iri tikələri çeynəmədən tələsik udan insanların daim köpü olur.
Yemək ağızda ən azı 20 saniyə qalıb, ağız suyu ilə islanıb, duru hala düşüb mədəyə keçməlidir. Bu prosesə nəzarət etmək lazımdır. Çünki qida ağızda parçalanır. fermentlər ağız suyunda olur.

4. Ağır zülallı qidaları kartof püresi və ya un məmulatı ilə qarışdırırsız
Bunlara mantı, xəngəl, pelmeni, pirojki, müxtəlif içlikli xəmir piroqları aiddir. Pürenin üzərində iri toyuq budu, mal əti də yanlış seçimdir. Bu yeməklərdən sonra qarında dəhşətli köp və ağırlıq qaçılmazdır.

5. İsti yeməyi soyuq içki ilə yeyirsiz
Bu da köp yaradır. Soyuq içki mədə -bağırsağın spazmını artırır.
Yeməklə bərabər su içmək əslində olmaz. Əgər içməlisizsə, isti su için.

6. Çox yeyib, az hərəkət edirsiz
Oturaq işdə çalışanlarda çox zaman köp problemi olur.

7. Öd və mədəaltı vəzi yaxşı işləmir
Öd kisəsi normada öd ifraz etmədikdə və bağırsaqlara kifayət qədər öd daxil olmadıqda, yemək uzun müddət orda həll olmamış qalır, köpür, şişir, qıcqırır.
Eləcə də köp müxtəlif bağırsaq xəstəlikləri, qastrit, öddə daş, orqanizmdə qurd, parazit və disbakteriozda da əlavə simptomdur. Bunları həkimlə birgə tapıb müalicə etmək lazımdır.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top