Azərbaycanda qaraciyər köçürülməsi əməliyyatı 40-45 min, böyrək köçürülməsi isə təxminən 12 min manat civarındadır. Bu qiymətə həm xəstənin, həm də donorun əməliyyatı, dərmanlarla təmin edilməsi və s. məsələlər daxildir.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib.
O bildirib ki, orqan transplantasiya əməliyyatlarının qiymətləri ilə bağlı məsələ müzakirə olunur: “Düşünürəm ki, müəyyən zaman ərzində orqan köçürülmə əməliyyatı icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olacaq. Bu baş verərsə, həm donor sayı, həm də xəstələrin əməliyyat olma şansı artacaq”.