Mariya Stadnik Avropa çempionatının finalında


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançımız yarımfinal görüşündə ukraynalı Oksana Livaçla qarşılaşıb.
Rəqibinə 10:4 hesabı ilə qalib gələn idmançımız finala vəsiqə qazanıb.
Onun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.

DİGƏR XƏBƏRLƏR

Top