Sosial şəbəkələrdə dövlət tibb müəssisələrində sağlamlıq haqqında arayışın ödənişli olması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, ökədə icbari tibbi sığorta sisteminin tətbiqinə qədər ödənişsiz verilən arayış üçün hazırda 30 manat xidmət haqqı tələb olunur.
Yeniavaz.com xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən qafqazinfo-ya bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi ilə bağlı arayış və hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı arayışlar daxildir. Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmadığına görə ödənişlidir: “Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış 30 manat (ƏDV daxil), sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış 15 manat (ƏDV daxil) təşkil edir. Bəzi hallarda sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün bir neçə ixtisaslı həkimin müayinəsi tələb oluna bilər. Bu zaman məbləğ müayinələrin sayından asılı olaraq müəyyənləşir”.
Agentlikdən həmçinin bildirilib ki, müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların (obliqat qruplar) keçdiyi müayinələr və müayinələrin nəticələri haqqında arayışlar pulsuzdur.