
Ukraynada səfərbərlik elan edilmədən müharibə təcrübəsi olan hərbçilərin xidmətindən istifadə ediləcəyi ilə bağlı qanun təsdiqlənib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenski tərəfindən bu gün təsdiqlənən qanuna əsasən ehtiyatda olan hərbçilər sürətli bir şəkildə orduya daxil ediləcək. Bu qanunun təhlükə anında ordunun döyüş qabiliyyətini artıracağı vurğulanıb.
Qeyd edək ki, qanun 30 mart tarixində Ukrayna parlamentində 450 parlamentaridən 256-nın səsi ilə qəbul edilmişdi.