
Rusiya Ukrayna sərhədinə yaxın ərazidə yerləşən Morozovsk hava bazasına 15 ədəd qırıcı təyyarə yerləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb. Bildirilib ki, həmin məlumat peyk vasitəsilə çəkilmiş şəkillərlə təsdiqlənib.
Qeyd edək ki, sözügedən təyyarələr lazerlə idarə olunan raketlərə və dəqiqədə 1800 atış gücünə malik olan 30 mm-lik mərmiyə sahibdir.
