Putin Lukaşenkoya sui-qəsd cəhdindən danışdı


Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenkoya edilən sui-qəsd cəhdi barədə danışıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Putin Lukaşenkoya edilən sui-qəsd cəhdini Qərb ölkələrinin görməzdən gəldiyini vurğulayıb:
“Belarusda dövlət çevrilişi və sui-qəsd cəhdlərini heç kim görmək istəmir. İstəsəniz Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçlə və ya Venesuela prezident Nikolas Maduro danışıqlar apara bilərsiniz. Belarus prezidenti Alexander Lukaşenkonun siyasəti ilə bağlı hər hansı bir fikir sahibi ola bilərsiniz. Lakin yüksək vəzifəli məmurlar da daxil olmaqla, dövlət çevrilişləri, siyasi sui-qəsd planları təşkil etmək sərhədləri aşmaqdır”.
Xatırladaq ki, bir neçə gün əvvəl Belarusda prezident Aleksandr Lukaşenkoya sui-qəsd təşkil etməyə çalışan şəxslər saxlanılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top