Rusiya tarixçiləri İkinci Dünya Müharibəsində yaşanan maraqlı faktlar barədə açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, 1942-ci ilin iyulunda “NKVD” (Xalq Daxili İşlər Komissarlığı) Xüsusi Şöbə müdiri Nikolay Selivanovski İosif Stalinə şəxsən məktub göndərir. O bildirir ki, Stalinqrad Cəbhəsi komandiri təcili dəyişdirilməlidir. Bu hadisə Sovet ordusunun sonrakı qələbəsində böyük rol oynayır. Bu barədə “Ria Novosti”yə tarix elmləri doktoru, Moskva Dövlət Pedaqoji Universitetinin professoru Aleksandr Zdanoviç danışıb. O bildirib ki, Xarkov əməliyyatında Qırmızı Ordunun məğlubiyyətindən sonra Sovet İttifaqı üçün vəziyyət yenidən pisləşdi. Hitlerin qoşunları Xarkovu ələ keçirmək üçün Stalinqrada gəldi. Çünki, Stalinqrad strateji əhəmiyyət kəsb edirdi. Əgər almanlar Stalinqradı işğal edib orada möhkəmlənsəydilər, Rusiya Sovet Federativ Sosialist Respublikası iki yerə bölünəcəkdi. Daha sonra Şimali Qafqazdakı neft yataqları almanlar tərəfindən ələ keçiriləcəkdi. Almanlar həmçinin SSRİ-yə “Lend-Lease” müqaviləsi ilə göndərilən hərbi texnikaların daşındığı Kizlyar-Həştərxan dəmir yolunu ələ keçirəcəkdi. Bu isə ölkə üçün fəlakətə çevrilə bilərdi. Belə gərgin bir vaxtda, 23 iyul 1942-ci ildə Ali Komandanlığın Baş Qərargahı, general Vasili Qordovu Stalinqrad Cəbhəsinin komandiri təyin etmək qərarına gəlir. Aleksandr Zdanoviç bildirir ki, açıq-aşkar uğursuz seçim idi:
“Çünki, peşəkarlıq nöqteyi-nəzərdən Qordov açıq şəkildə digər namizədlərin zəif idi. Bundan əlavə, hərbçilərin sevmədiyi kobud və dikbaş bir adam idi. Bu vəziyyətdə, Qordovun təyin edilməsi döyüşçülərin mənəviyyatına əhəmiyyətli dərəcədə təsir etdi. Hərbi əks-kəşfiyyat zabitləri döyüşən əsgərlərin Qordovun təyin edilməsinə mənfi reaksiyasını bilirdilər və bunun döyüş effektivliyini azaltdığını məruzə etdilər”.
Daha sonra Stalinqrad Cəbhəsi Xüsusi İdarəsinin rəisi, Dövlət Təhlükəsizliyinin mayoru Nikolay Selivanovski bu məlumatları əsas götürür və komandanlıq zəncirini pozaraq şəxsən İosif Stalinə məktub göndərmək qərarına gəlir. Məlumat 25 iyulda rəsmi Moskvaya göndərildi . Eyni zamanda məktubun nüsxələri Xalq Daxili İşlər Komissarı Lavrentiy Beriyaya və NKVD-nin Xüsusi Departamentlər Müdiri Viktor Abakumova göndərilir. Selivanovski məktubu birbaşa Stalinə yazdığına görə danlanır. Onu danlayan şəxslərdən biri Abakumov Selivanovski ilə görüşür və birlikdə Beriyanın qəbuluna getdilər. Beriya da məktubun birbaşa Stalina göndərilməsinə görə qəzəblənir. Bir müddət sonra hər üçünü Stalin öz qəbuluna çağırır, onlarla müzakirələr aparır. Danışıqlardan sonra Stalin Selivanovskinin əlini sıxır və “Yoldaş Selivanovski, Stalinqrad cəbhəsi və Stalinqraddakı vəziyyətlə bağlı bütün məlumatları verdiniz”-deyə bildirir. Qısa müddətdən sonra Stalin məlumatı hərtərəfli yoxlamaq üçün şəxsən Stalinqrad cəbhəsinə gedir və Qordov vəzifəsindən uzaqlaşdırılır.
Rusiyalı tarixçi bildirir ki, komandanlıq zəncirini aşıb birbaşa Stalinə məktub yazmaq böyük bir risk idi ancaq bu hal Sovet İttifaqının xilasına səbəb oldu. Hərbçilər cəsarətlə və inamla vuruşdular.
Stalinqrad döyüşündə hərbi əks-kəşfiyyatın əldə etdiyi rəqəmlərə görə, 1942-ci il iyulun 15-dən Stalinqrad və Cənub-Şərq Cəbhələrin Xüsusi İdarələri, 62-ci Ordunun komandiri general-leytenant Vasili Çuikovu öldürmək niyyətində olan iki cinaytkar da daxil olmaqla iki yüzdən çox düşmən agentini zərərsizləşdirə bildi. Əks-kəşfiyyat daha sonra 160-dan çox faşist təbliğatçı agentin fəaliyyətini dayandırdı, təqribən 190 təxribatçı şayiələr yayanlar məsuliyyətə cəlb olundu.
Hərbi əks-kəşfiyyat, əvvəlcə Stalinqradı qorumaq üçün Qızıl Orduya kömək etmək üçün hərəkətə keçdi və qoşunların əks hücuma hazırlığını gizlətdi. 1942-ci il 19 noyabrda hücum başlayanda bu almanlar üçün sürpriz oldu. Xüsusi Şöbələrin işçiləri lazım olduğu kimi işlərini vəzifələrini yerinə yetirdilər və bu proses SSRİ-nin qalibiyyətinə əsas rol oynadı.
Stalinqrad Döyüşündəki qələbədən sonra Ali Baş Komandanlığın qərargahı, Stalinqrad Cəbhəsi Xüsusi İdarəsinin işinin nəticələrini son dərəcə müsbət hesab etdi. 1943-cü il fevralın ortalarında Selivanovski üçüncü dərəcəli Dövlət Təhlükəsizliyi Komissarı adına layiq görüldü.
Nikolay Selivanovski 1997-ci ildə dünyasını dəyişib və Moskvada Vvedenskoye qəbiristanlığında dəfn edilib.
Ruslan Yusibov