Mehridə vəziyyət gərginləşdi, bölgəyə xüsusi təyinatlılar yeridildi – VİDEO


Ermənistanin baş naziri Nikol Paşinyanın səfərindən sonra Mehridə etirazlar başlayıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, çox sayda Mehri sakini Paşinyanın bölgəyə səfərinə sərt reaksiya verib. Ermənilər “Biz xaini bura buraxmayacağıq, istəmirik ki, gəlib torpağımızın üstündə dayansın”-deyə şüarlar səsləndirirlər. Hadisə yerinə erməni xüsusi təyinatlılar yeridilib.
Qeyd edək ki, həmin etirazlar Paşinyanın avtomobil karvanının Mehriyə daxil olmasındam sonra başlayıb. Aksiya iştirakçıları yolu kəsib Paşinyana hücum etməyə cəhd göstəriblər. 

DİGƏR XƏBƏRLƏR

Top