Avropa Superliqası fəaliyyətini dayandırdı


Təzə yaradılan Avropa Superliqası layihəsi yenidən nəzərdən keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bunu qurumun rəsmisi jurnalist Rob Harris tvitter səhifəsində elan edib. O, turnirin hələlik fəaliyyətini dayandırdığını bildirib. Jurnalistin sözlərinə görə, belə qərar verilməsinə səbəb İngiltərənin 6 klubunun yarışdan çıxmasıdır: “Mövcud şərtləri nəzərə alaraq layihəni dəyişdirmək üçün ən uyğun addımları nəzərdən keçirməliyik. İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, biz təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik. Avropa Superliqası əmindir ki, qitə futbolunun hazırkı statusu dəyişməlidir. Mövcud sistem işləmədiyi üçün yeni bir Avropa rəqabəti təklif edirik".
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Arsenal", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" Superliqadan çıxdıqlarını elan ediblər. “Sky Sport”un məlumatına görə isə tezliklə "Milan" və "İnter" də turniri tərk edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top