Ruslar Xankəndidə keçiriləcək hərbi parada belə hazırlaşırlar - VİDEO


Xəbər verdiyimiz kimi, Qarabağda yerləşdirilən Rusiya Silahlı Qüvvələrinin sülhməramlıları 9 may tarixində faşizm üzərində qazanılan qələbənin 76-cı ildönümü münasibətilə parad keçirməyə hazırlaşırlar.
Yeniavaz.com xəbər verir ki, parada hazırlaşan Rusiya sülhməramlıları Xankəndidə yerləşən aerodromda parada hazırlıqla bağlı təlimlər keçirlər.
Yayılan məlumatda bildirilir ki, hərbi paradın hazırlıqlarına 15-ci sülhməramlı motoatıcı briqadanın şəxsi heyəti, humanitar mərkəzin, hərbi polis, xüsusi tibbi hissə, Rusiya sülhməramlı kontingentinin komanda qrupu da daxil olmaqla ümumilikdə 400-ə yaxın hərbi qulluqçu cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top