Bu universitet bir il ərzində internetə 67 min manat xərcləyəcək


Azərbaycan Neft və Sənaye Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.  
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Azerna-Aİ” MMC olub.
Neft və Sənaye Universiteti illik internet xidmətinin satın alınması üçün MMC-yə 67 min 200 manat ödəyəcək. Bu qədər vəsaitə şəbəkənin gücləndirilməsi üçün lazım olan 12 ədəd “smart cisco switch” aparatı, 350 mb/s sürətə malik fiber optik internet və internet şəbəkəsinin təmini üçün server daxildir.
Onu da bildirək ki, ötən ilin oktyabr ayında Neft və Sənaye Universiteti I və II tədris binalarında aparılacaq internet və şəbəkə sisteminin iş fəaliyyətinin yaxşılaşdırılması üçün “Azerna-Aİ” MMC-yə 16 min 901 manat 20 qəpik ödəyib.
Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Azerna-Aİ” MMC 05.01.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalə cəmi 10 manat olan MMC-nin qanuni təmsiçisi Əliyev İbrahim Əmiraslan oğludur.

DİGƏR XƏBƏRLƏR

Top