
İran prezidenti Həsən Ruhani Avstriyanın paytaxtı Vyanada “4+1” ölkələri ilə keçirilən iclasda nüvə razılaşmasına qayıtmaq üçün əldə olunan irəliləyişdən danışıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İran prezidenti nüvə razılaşması ilə bağlı danışıqlarda 60-70 faiz irəliləmə olduğunu bildirib. O həmçinin qeyd edib ki, ABŞ sözündə qərarlı olarsa, bu məsələdə qısa zamanda nəticə əldə ediləcək.
Ruhani bu uğurun arxasında iranlıların göstərdiyi müqavimətin dayandığını qeyd edib. Onun sözlərinə görə, məhz bu əzm sayəsində ABŞ tərəfindən aparılan siyasət uğursuz nəticələnib.