Nazirlik nə qədər vergi toplandığını AÇIQLADI


Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 85,7 milyon manat vəsait daxil olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu da proqnoza nisbətən 363,8 milyon manat və ya 21,1%, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 milyon manat və ya 2,2% çoxdur.
Daxil olan vəsaitin 72,2%-i və yaxud 1 milyard 507 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 110,6 milyon manat və ya 7,9% çoxdur.
Məlumat üçün bildirək ki, ötən ilin birinci rübündən fərqli olaraq, bu ilin birinci rübündə koronavirus pandemiyası səbəbindən şadlıq evləri, iri ticarət mərkəzləri kimi bir sıra müəssisələr fəaliyyət göstərməyib.

DİGƏR XƏBƏRLƏR

Top