Şair-dramaturq Ramiq Muxtar vəfat edib


Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Ramiq Muxtar vəfat edib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə şairin həmkarları, yaxın dostları sosial şəbəkələrdə paylaşım edərək mərhumun ailəsinə başsağlığı veriblər. 

78 yaşlı R. Muxtarın bu gün vəfat etdiyi qeyd olunub. 

Xatırladaq ki, şair 1984-1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru olub. O, dünyasını dəyişənədək Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində çalışıb. 

DİGƏR XƏBƏRLƏR

Top