Zelenski Putini Donbasda görüşə dəvət etdi


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini Donbasda görüşə dəvət edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Zelenski təhlükəsizlik tədəbirləri çərçivəsində keçirilən iclaslarda tam atəşkəsin bərpası məsələsinin müzakirə edildiyini, vəziyyəti dəqiq görmək və anlamaq üçün təmas xəttində görüşün vacib olduğunu deyib: “Mən hər ay Donbasa gedirəm. Cənab Putin, sizi Donbasın hər hansı bir yerində görüşməyə dəvət edirəm".
Qeyd edək ki, fevral ayının ortalarından başlayaraq Donbasda vəziyyət gərginləşib. Rusiya və Ukrayna sərhəd bölgələrə çox sayda hərbi texnika və silah-sursat yığıb. 

DİGƏR XƏBƏRLƏR

Top