"Rüstəm Muradov "yengəliklə" məşğuldur" - Aqil Abbas


"Sülhməramlıların statusu mütləq müəyyən edilməlidir".
Yeniavaz.com
-un xəbərinə görə, bunu Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas “Yeni Müsavat”a bildirib.
Deputat qeyd edib ki, sülhməramlıların komandanı Rüstəm Muradov ”yengəliklə" məşğuldur:
"Bilinməlidir ki, nə ilə məşğuldurlar. İndi ermənilərə ev tikirlər, bəyəm erməninin evi dağılıb ki?! Xankəndidə bir ev dağılmayıb, amma onlara ev tikirlər. Biz oradakı dinc əhaliyə raket atmışıq? Amma ermənilər Tərtərə raket atıb, biz isə Ağdərəyə bir raket atmadıq. Bu mənada məsələni ciddiləşdirməliyik, onların statusu müəyyən edilməlidir".

A.Abbas deyib ki, Ağdam-Şuşa, Ağdam-Kəlbəcər yolları açılmalıdır: “Mən niyə Xocalıya gedə bilməyim? Erməniyə ev tikirsən, onda Kərkicahana da ev tik. Niyə tikmirsən? Malıbəyliyə, Quşçulara da ev tik. İndi də Xankəndində parad keçirməyə hazırlaşırlar. Sənin nə ixtiyarın var ki, mənim şəhərimdə parad keçirirsən? Niyə keçirirsən? Muradov Araikin qabağında hərbi salam vermək üçün bunu edir? Ona görə onlar sülhməramlı yox, erməniməramlıdırlar. Mən özüm də bu haqda bir məqalə yazmışam. Bu baxımdan onların statusu müəyyən olunmalıdır, mandat verilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top