Çada öldürülən prezidentin oğlu rəhbərlik edəcək


Çadda hakimiyyət öldürülən prezident İdris Debinin oğlu Mahamat Kakanın rəhbərlik etdiyi hərbi şura tərəfindən idarə olunacaq. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Çad ordusu komandanlığının açıqlamasına istinadən “Frans Press” agentliyi məlumat yayıb.

Ordunun sözçüsü Polkovnik Azema Bermando bildirib ki, hərbi şuranın Çada rəhbərliyi 18 ay davam edəcək. 

Xatırladaq ki, bu gün Çad prezidenti İdris Debi etirazçılarla döyüşdə aldığı yaralar nəticəsində dünyasını dəyişib. 

DİGƏR XƏBƏRLƏR

Top