Bankların mənfəət və zərərləri AÇIQLANIR - YENİLƏNİR


Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 25-i 2021-ci ilin 1-cü rübü üçün maliyyə hesabatlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, maliyyə hesabatı açıqlayan banklardan yalnız biri - “Yapıkredi Bank” zərər edib. Ən yüksək mənfəəti “Azərbaycan Beynəlxalq Bankı” əldə edib. Səhimləri dövlətə məxsus olan bu bankın 1-ci rübdəki xalis mənfəəti 32,4 milyon manat olub. Özəl banklar arasında ən yüksək mənfəət “Kapital Bank”a məxsus olub. “Kapital Bank” ilin ilk 3 ayında 55,5 milyon manat xalis mənfəət əldə edib.
Digər bankların mənfəətləri (zərər) aşağıdakı kimi olub:
Banklar Mənfəət
(min manat)
 
Zərər
(min manat)
I rüb 2021 I rüb 2020 I rüb 2021 I rüb 2020
“Beynəlxalq Bank” 32 395,17 51 049,27    
“Kapital Bank” 55 535,0 74 893,0    
“Paşa Bank” 18 786,0 3 480,0    
“Yelo Bank” 5 700,0     6 300,0
“AFB Bank” 4 425,08 2 553,04    
“Rabitəbank” 3 495,0 1 129,0    
“Express Bank” 3 100,0 5 900,0    
“Naxçıvan Bank” 2 239,98 2 177,51    
“Bank Melli İran” 614,0 200,0    
“Azər Türk Bank” 520,0 376,0    
“ASB” 416,0 2 200,0    
“BTB Bank” 365,0 800,0    
“Unibank” 591,0 6 322,0    
“Günay Bank” 879,0 1 100,0    
“Bank Avrasiya” 350,59 145,18    
“Xalq Bank” 4 712,0 9 000,0    
“Ziraat Bank” 492,0 600,0    
“Turan Bank” 105,0 645,0    
“Premium Bank” 5 354,0 6 100,0    
“Muğan Bank” 1 593,22     1 300,36
“Bank VTB” 179,0 1 400,0    
“Access Bank” 135,0 2 475,0    
“Yapıkredi Bank”     122,0 700,0
“Pakistan Milli Bank”       100,0
“Bank of Baku” 4 110,0 2 000,0    
“Bank Respublika” 2 877,48 2 885,36    
Qeyd edək ki, banklar maliyyə göstəricilərini açıqladıqca məlumatlar xəbərə əlavə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top