Nigar Arpadarai AŞPA-nın sessiyasında Naira Zohrabyanı yanlış anlayıb?


Ermənistan parlamentinin üzvü Naira Zohrabyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ötən gün keçirilən növbəti sessiyasında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarını nümunə gətirərək Azərbaycanı nifrət dilindən istifadədə günahlandırıb.
Yeniavaz.com
xəbər verir ki, ictimai fəal Bəxtiyar Hacıyev sözügedən sessiyada iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nigar Arpadarainin Naira Zohrabyanı yanlış anladığını və çıxış tələb edərək ona etiraz etdiyini iddia edib.
AŞPA-dakı sözügedən çıxışları barədə həm N. Arpadarai, həm də N. Zohrabyan özlərinin feysbuk səhifəsində məlumat veriblər.
N. Zohrabyan fransız dilində etdiyi çıxış zamanı Prezident İlham Əliyevin Vətən müharibəsi ərəfəsində ölkəmizdə şüara çevrilən “İti qovan kimi qovuruq” və müharibə sonrasında torpaqlarımızda törədilən mənəvi terrorla bağlı dəfələrlə “vəhşilik” ifadələrini misal gətirərək bunu nifrət dili adlandırıb.
Lakin N. Arpadarai, bütün bu ifadələrin nifrət dili yox, 30 ilə yaxındır ki, milyonlarla azərbaycanlını doğma torpağından didərgin salan ermənilərin həqiqi siması olduğunu bəyan etmək əvəzinə, erməni deputatın özünü, gətirilən misallara görə nifrət dilindən istifadə etməkdə günahlandırıb. O, özünün feysbuk səhifəsində bu barədə belə yazıb:
“Təəssüf ki, Ermənistan nümayəndələri hələ də öz yanaşmalarını, ritorikalarını dəyişə bilmirlər, Azərbaycanlılara qarşı nifrət dolu çıxışlar edirlər. Dünən AŞPA-nın sessiyasında, Avropada milli azlıqlar haqda müzakirə zamanı, Ermənistan nümayəndə heyətinin üzvü, N. Zohrabyan çıxışında Azərbaycanlılara qarşı təhqiredici ifadələr işlətdi. Buna cavab olaraq dərhal söz alıb, etiraz etdik, belə ritorikanın bizim üçün qəbulolunmaz olduğunu bildirərək, AŞPA-nın prosedurlarına istinad etdik. Xanım sədr cavabında söz azadlığı olsa da, qarşılıqlı hörmətin, birgə işin vacib olduğunu qeyd etdi. Hesab edirəm ki, xüsusilə AŞPA-da nifrət dolu çıxışlara (hate speech) yer olmamalıdır!”.

DİGƏR XƏBƏRLƏR

Top