Etirazçıların öldürdüyü Çad prezidenti özü də qiyamla hakimiyyətə gəlmişdi – DOSYE


Xəbər verdiyimiz ki, Çad prezidenti İdris Debi ölkədə etirazçılarla toqquşmadan sonra aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, İdris Debi 18 iyun 1952-ci ildə Şərqi Ennedi bölgəsində yerləşən Berdoba kəndində anadan olub. 1976-cı ildə Çadın paytaxtı Ncamenadakı zabitlər məktəbini bitirib. Daha sonra təhsilini Fransada yerləşən Aviasiya İnstitutunda davam etdirib. 1979-cu ildə paraşütçü diplomu və pilot ixtisası ilə məzun olub. 1979-cu ildə Fransada təhsilini bitirdikdən sonra Çada qayıdıb. 1982-ci ildə Çad Respublikası Silahlı Qüvvələrinin komandiri olub. 1986-cı ilə qədər həmin vəzifəni tutub. 1987-ci ildə polkovnik rütbəsi alıb ​​və prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri təyin edilib.
1989-cu ildə ölkədə bir qrup şəxslərlə hərbi çevrilişə cəhd etməkdə günahlandırıldı. Çadda daxili işlər naziri və qoşun komandiri edam edildi. İdris Debi isə Sudana qaçaraq gizləndi. Orada Çad hökumətinin sürgündəki bəzi müxaliflərini əhatə edən "1 Aprel Hərəkatı" nı qurur. 1990-cı ilin martında digər müxalifət və üsyançı qruplarla birləşərək Çadda hakimiyyətdə olan Habre rejimini devirmək məqsədini elan edir və Vətənpərvər Xilasetmə Hərəkatını qurur. 1990-cı ilin noyabr ayında Debinin rəhbərliyi ilə çox sayda müxalifətçi Çada girir və paytaxt Ncamenayaya hücum başladır. 1 dekabrda hakimiyyəti ələ keçirir. Ölkə başçısı Habre Çaddan qaçır. 1991-ci ildə İdris Debi Çad prezidenti elan edilir. Daha sonra keçirilən bütün prezident seçkilərində qalib gəldiyini açıqlayır. 
Sonuncu dəfə 11 aprel 2021-ci ildə keçirilən prezident seçkilərində İdris Debi yenidən qalib gəldiyini elan etmişdi. Ancaq, ölkədə çox sayda müxalifətçi bununla razılaşmayaraq etiraz aksiyası başlatmışdı. 20 aprel 2021-ci ildə baş verən həmin etirazçılarla toqquşmada İdris Debi öldürülür.

DİGƏR XƏBƏRLƏR

Top