İlon Maskdan “Tesla” qəzası ilə bağlı AÇIQLAMA


İlon Mask ABŞ-ın Texas ştatında “Tesla” markalı avtomobilin qəzaya uğraması ilə əlaqədar məsələyə münasibətini bildirib.
Yeniavaz.com
xəbər verir ki, Mask qəza vaxtı avtomobilin avtopilot rejimində olmadığını vurğulayıb. O həmçinin avtopilot rejiminin işləməsi üçün yolda zolaqların olmasını də əsas şərt kimi irəli sürərək, qəza yerində həmin zolaqların olmamasına diqqət çəkib.
Maskın açıqlamasından sonra ABŞ polisinə “Tesla”nın məlumatlarını araşdırmaq tapşırılıb. Şahidlər qəza vaxtı sürücü yerində heç kimin olmadığnı bildirib. Polis də qəza vaxtı avtomobilin sürücüsüz istifadə edildiyi fikrini təsdiqləyib.
Qəzadan sonra “Tesla”nın səhmlərinin 3 faiz zərərə uğradığı bildirilib.
Qeyd edək ki, sözügedən qəza nəticəsində içərisində 2 sərnişin olan avtomobil ağaca çırpılmış, nəticədə sərnişinlər ölmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top