![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/6/11/1/49747786-ba95-4c30-8142-21aaeda01931/demiryol-qsc.jpg)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinin (QSC) Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Fateh-2019” MMC (VÖEN- 1505303741) olub.
Yeniavaz.com xəbər verir ki, “Fateh-2019” MMC tenderin qalibi kimi “Azərbaycan Dəmir Yolları” QSC-yə 27 min 160 manat dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
Məlumat üçün bildirək ki, “Fateh-2019” MMC 4 ay əvvəl – 21.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. “Fateh-2019” MMC dövlət qeydiyyatına alındıqdan 2 ay sonra Müdafiə Nazirliyinin keçirdiyi 20 min manat dəyərində abadlaşdırma işlərilə bağlı tender müsabiqəsində də qalib olub.
Onu da qeyd edək ki, ötən il “Fateh-2019” MMC ilə eyni hüquqi ünvanda – “Fətəlixan Xoysk pr. ev 138A, m. 49” ünvanında daha 6 şirkət qeydiyyata alınıb və bu ünvanda qeydə alınan 7 MMC-dən 5-nin qanuni təmsilçisi eyni şəxs – Verdizadə Pərviz Saday oğludur.
Adı | Ünvan | Qanuni təmsilçi | Nizamnamə kapitalı | Qeydiyyat tarixi |
"FONTİN" | Fətəlixan Xoysk pr. ev 138A, m. 49 | VERDİZADƏ PƏRVİZ SADAY |
10 manat | 29 İyun 2020 |
"MODRENTİ 2020" | Fətəlixan Xoysk pr. ev 138A, m. 49 | VERDİZADƏ PƏRVİZ SADAY |
10 manat | 29 İyun 2020 |
"MİQES MALİ" | Fətəlixan Xoysk pr. ev 138A, m. 49 | ŞOTAEVA ASUDƏ HƏZRƏT |
10 manat | 3 Sentyabr 2020 |
"PRAMDİ 2020" | Fətəlixan Xoysk pr. ev 138A, m. 49 | ŞOTAEVA ASUDƏ HƏZRƏT |
10 manat | 3 Sentyabr 2020 |
"SUMARİ" | Fətəlixan Xoysk pr. ev 138A, m. 49 | VERDİZADƏ PƏRVİZ SADAY |
10 manat | 18 Dekabr 2020 |
"DUNKARIS" | Fətəlixan Xoysk pr. ev 138A, m. 49 | VERDİZADƏ PƏRVİZ SADAY |
10 manat | 18 Dekabr 2020 |
"FATEH-2019" | Fətəlixan Xoysk pr. ev 138A, m. 49 | VERDİZADƏ PƏRVİZ SADAY |
10 manat | 21 Dekabr 2020 |
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Xatırladaq ki, bu cür tender müsabiqələri “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən tez-tez keçirilib. Aşağıdakı linkə daxil olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin keçirdiyi daha bir şübhəli tenderlə tanış ola bilərsiniz:
9 gün əvvəl şirkət yaradıb Dəmir Yolundan 45 min manatlıq tender udan kimdir? - MÜƏMMA
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/4/20/1/990abf93-fa5b-437e-8d59-f52d8836c41f/tender-fateh-2019.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/4/20/1/4d7cbec4-4933-4761-85fc-78f162af6d9c/tender-fateh-2019-vergi.jpg)
A. Cəfərov