Boksçumuzun rinqdə ayağı sındı – VİDEO


Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidovun ayağı sınıb.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə instaqram hesabında ayağının rentgen görüntüsünü paylaşaraq məlumat verib.
“Əziz dostlarım və pərəstişkarlarım, hər birinizə mənə göstərdiyiniz dəstək və qayğılarınız üçün minnətdaram. Zədə səbəbi ilə döyüşdə mübarizəni davam etdirə bilmədim. Ailəmi, təşkilatçımı və menecerlərimi məyus etdim. Bəzən idmanda belə hallar olur, amma tezliklə Uca Allahın köməyilə daha güclü və daha yaxşı vəziyyətdə geri qayıdacağam”, - deyə o vurğulayıb.
Qeyd edək ki, hadisə ABŞ-ın Hollivud şəhərində rusiyalı Andrey Fedosovla döyüş zaman baş verib. Dağıstan əsilli idmançımız rinqdən xərəkdə aparılıb. 1 dəqiqə 24 saniyədə  başa çatan oyun Andrey Fedosovun xeyrinə bitib. 

DİGƏR XƏBƏRLƏR

Top