Paşinyan Rusiyaya 4 milyard zərər vuran cinayətkara vəzifə veribmiş - TƏFƏRRÜAT


Dünən Ermənistan hökumətini tənqid etdiyinə görə işdən çıxarılan erməni “polkovnik” Boris Avaqyan barədə yeni məlumatlar açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın “Mediaport” teleqram kanalı xəbər yayıb. Verilən məlumatlara görə, Avaqyan Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyi olduqdan sonra Paşinyan tərəfindən Artik şəhərinin meri təyin olunub. Daha sonra Arayik Harutyunyan tərəfindən Qarabağdakı separatçıların başçısının “xüsusi nümayəndəsi” təyin edilir. İkinci Qarabağ Müharibəsindən sonra isə separatçıların “föqəladə hallar nazirinin müavini” olur. 
Qeyd edək ki, Boris Avaqyan dünən istefa verdikdən sonra onun barəsində gizli məlumatlar açıqlanıb. Belə ki o, 2016-cı ilin iyul ayından etibarən qaçaqmalçılıq və Rusiya Federasiyasına 4 milyard rubl (90 milyon manat) ziyan vurduğu üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən axtarışa verilib. O, bütün bu hadisələrdən sonra Rusiya vətəndaşlığından imtina edir və Ermənistana qaçır. Orada isə Paşinyan Avaqyanı himayəsinə götürür.

DİGƏR XƏBƏRLƏR

Top