Gürcüstan 60, Ermənistan 63, Azərbaycan isə 167-ci sıradadır


Sərhədsiz Reportyorlar Birliyi (Reporters Without Borders) mətbuat azadlığı üzrə 2021-ci ilin indeksini dərc edib.
Yeniavaz.com
təşkilatın saytına istinadla xəbər verir ki, Azərbaycan ötənilki sırasını bir pillə qabaqlayıb və 58,77 xalla 167-ci yerə yüksəlib.
180 ölkənin qiymətləndirildiyi siyahının ilk pilləsində Norveç (6,72), sonuncu pilləsində isə Eritreya Dövləti(81,45) qərarlaşıb.
Qafqaz ölkələrindən siyahıda ən yüksək xalı olan Gürcüstandır (28,64) və o 60-cı yerdədir. Ermənistan 28,83 xalla 63-cü, Rusiya isə 48,71 xalla 150-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, təşkilat, siyahıya aldığı ölkələrdə mətbuat azadlığının vəziyyətini 0-100 xal aralığında qiymətləndirir. 0-15 xal "yaxşı", 15-25 xal "nisbətən yaxşı", 25-35 xal "problemli", 35-55 xal "pis", 55-100 xal "çox pis" kimi qiymətləndirilir.
Tam siyahı ilə buradan tanış ola bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top