Sülhməramlılar Qarabağda bu günə qədər 2 min hektardan çox ərazini minadan təmizləyib


Qarabağdakı Rusiya sülhməramlı qüvvələri bu günə qədər 2012 hektar ərazini minalardan və digər partlayıcı qurğulardan təmizləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 23 noyabr 2020-ci ildən indiyədək 2012 hektar ərazi, 620 kilometr yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1716 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib. Həmçinin, 25 min 580 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top