"Ürək-damar xəstəlikləri olan şəxslər koronavirusu daha ağır keçirir və bəzi hallarda bu ölümlə nəticələnə bilir".
Yeniavaz.com xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim kardioloq Samir Əsgərov deyib.
O bildirib ki, koronavirus heç bir ürək-damar xəstəliyi olmayan şəxslərdə ürəyin miakard əzələsinə təsir edərək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər:
“Bunlar arasında ən qorxulusu ürək çatışmazlığıdır. Onun da dünya səviyyəsində müalicəsi demək olar ki, yox dərəcəsindədir. Eyni zamanda bu xəstəlik tromblaşmaya da səbəb ola bilir. Ağciyər arteriyası tıxanır və həmin xəstələr qısa zamanda dünyasını dəyişir.
Hətta virusa yoluxan gənc insanlarda sağaldıqdan 2-3 ay sonra ürək-damar problemləri yaranır. Bu təngnəfəslik,ürək döyünmələri, halsızlıq, tez yorulma, təzyiqin düşüb-qalxması və s. kimi əlamətlərlə özünü biruzə verir. Virusdan qorxuya dşmək lazım deyil, ondan qorunmağın yolları var. Ürək-damar xəstəliyindən əziyyət çəkənlər də bu xəstəliklə bağlı dərmanları qəbul etməklə özlərini koronavirusdan qoruya bilərlər”.