Zəhmət haqqını ala bilməyən şəxs Abel Məhərrəmovu məhkəməyə verdi


Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məmmədəli oğlu Məhərrəmov və  universitetin keçmiş prorektoru Nəbi Əhməd oğlu Ramazanlıya qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Mirzəyev İsmixan Salman oğlu tərəfindən qaldırılıb. Məhkəmənin hazırlıq iclası dünən - 19.04.2021-ci il tarixində Yasamal Rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə keçirilib. Növbəti baxış iclası 18.05.2021-ci il saat 10:30-a təyin olunub. Məhkəmə iddiasının öhdəliklər üzrə mübahisələr ilə əlaqəli olduğu bildirilir. İsmixan Mirzəyev iddia edir ki, gördüyü iş üçün vəd olunan zəhmət haqqını ala bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top