ABŞ Polşaya çox sayda qırıcı təyyarələr göndərdi – Pentaqondan AÇIQLAMA


“ABŞ Polşaya onlarla F-15 və F-16 qırıcı təyyarələri göndərib”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Polşanın müdafiə naziri Marius Balzak öz tviter hesabında yazıb. Məsələ ilə bağlı ABŞ-ın Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, bu addımın Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə heç bir əlaqəsi yoxdur: "Bu, Ukrayna ilə sərhəddə və ya Krımda baş verənlərə xüsusi bir reaksiya deyil. Bu proses sadəcə təlimlər üçündür. Bildiyiniz kimi, Polşada bizim hərbi qüvvələrimiz var. Ora çox qiymət veririk. Qırıcı təyyarələrin göndərilməsi də təlimlərin bir hissəsidir”.
Qeyd edək ki, Donbasda vəziyyət fevral ayının sonlarında gərginləşdi. Bölgədə minaatan və qumbaraatanlar da daxil olmaqla demək olar ki, hər gün atışmalar qeydə alınır. Rusiya hökuməti isə mövcud vəziyyətə görə, sərhədə çox sayda zirehli texnika, hərbçi və silah-sursat toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top